Rusiya qüvvələri məktəbi bombalayıb- Ölənlər var – Foto

Rusiya ordusu Ukraynanın Romni şəhərindəki məktəbi dronlarla vurub. Bu barədə UNIAN məlumat yayıb.
Bildirilir ki, təhsil müəssisəsinin binası tamamilə dağılıb.
Fövqəladə Hallar Xidmətindən bildirilib ki, azı 4 müəllim qətlə yetirilib.
"Onların cəsədləri Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb. Daha 3 nəfər xəsarət alıb. Müəssisənin daha 2 əməkdaşının dağıntılar altında olduğu barədə məlumat var. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, - xilasedicilər bildiriblər.
Daxili işlər naziri İqor Klimenko isə daha sonra bildirib ki, hücumunəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Hərbi Hava Qüvvələri ümumilikdə Rusiyaya məxsus 20-yə qədər zərbə vuran dronun məhv edildiyini bildirib.
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkilərinin sayı 258 820 nəfərə çatıb.
Son sutkada Rusiyaya məxsus 11 tank, 12 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Amerika Tədqiqi İnstitutunun analitikləri bildirirlər k, Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Rabotino kəndi ərazisində əks-hücum əməliyyatlarını davam etdirilir
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər