• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır
25.08.2023 17:29
23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Unibank KB”-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.

"APA-Economics” xəbər verir ki, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə nəzərdə tutulur. Bu barədə ətraflı məlumat ictimaiyyətə qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra açıqlanacaq.

Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari

Fiziki şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% gəlir vergisindən azaddır.

Ötən il 30-cu ilini qeyd edən "Unibank”, ölkənin ən köklü kommersiya banklarından olmaqla yanaşı, Azərbaycanda ilk dəfə olaraq "mobile-only” (filialsız bank- Leobank) prinsipini tətbiq edən maliyyə qurumudur.

Həmçinin cari ilin may ayında "Azərbaycan Respublikası Mərkəzi Bankı”, "Bakı Fond Birjası” QSC, "Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və "Unicapital İnvestisiya Şirkəti”nin iştirakı ilə "Unibank K.B.” ASC-ə həsr olunan "Emitent günü” uğurla baş tutub.
 
Kütləvi informasiya vasitələrinin gündəm mövzusuna çevrilən tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub.

Qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən "Unicapital İ.Ş.”, korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir.
BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan "Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.

Şirkətin Nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsusdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
İqtisadiyyat 14:28
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
İqtisadiyyat 12:34
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol