• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı?- EKSPERTLƏR danışdı

Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı?- EKSPERTLƏR danışdı
25.08.2023 22:25
Türkiyədə uçot dərəcəsi 7,5% artaraq,  17,5%-dən 25%-ə qaldırılıb. Bu barədə Türkiyə Mərkəzi Bankı məlumat yayıb.

Bankçılıq üzrə ekspert və hüquqşünas Əkrəm Həsənov Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini qaldırmaqla Lirə dövriyyəsini durdurmağa çalıştığını deyib.

"Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini inflasiyayla mübarizə edən zaman qaldırır. Əslində mexanizm çox sadədir. Mərkəzi Bankın faiz dərəcəsi nə deməkdir? Onun banklara verdiyi kreditin faizidir. Yəni Mərkəzi Bank digər banklara kredit verir. O banklar da, həmin pulu üstünə faiz qoyub sahibkarlara və ya vətəndaşlara verirlər. İndi, Mərkəzi Bank 25% banklara kredit verirsə, bu Türkiyədə deməkdir ki, bankların da kredit faizi artacaq. Yəni, banklar vətəndaş və sahibkarlara ən azı 30%-dən kredit verməyə başlayacaq. Bu da o deməkdir ki, kredit götürənlərin sayı azalacaq. Bununla da, iqtisadi aktivlik azalacaq və Türkiyədə pul həcmində eniş olacaq. Lirə azalan kimi də, qiymətlər aşağı düşəcək. Mərkəzi Bankın az kredit verməsi ilə, Lirə dövriyyəsi azalacaq. Lirə azalan kimi də, təbii ki, qiymət artımının qarşısı alınır və məzənnə sabitləşir. Türkiyə Mərkəzi Bankı bu siyasətini həyata keçirməkdə qətiyyətlidir”, - Əkrəm Həsənov bildirib. 

O həmçinin bildirib ki, Türkiyənin uçot dərəcəsini qaldırmasının Azərbaycana sadəcə dolaylı yollarla təsiri ola bilər. 
 
Türkiyədə faiz dərəcələrinin artmasının Azərbaycana ancaq dolaylı təsirləri olar. Bu Türkiyədə kreditin bahalaşması və iqtisadi aktivliyin azalması deməkdir. Əgər Azərbaycandan Türkiyə nesə alsaydı, o vaxt deyərdik ki, Türkiyə vətəndaşları, sahibkarları və şirkətləri Azərbaycandan az xidmət və məhsul alacaqlar. Amma indi hamı bilir ki, Azərbaycan Türkiyəyə neft və qazdan başqa heç nə satmır, ona görə də belə bir təsiri yoxdur. Rusiyada amma vəziyyət pisləşəndə bizə təsiri olur. Azərbaycan Rusiyaya kəd təsərrüfatı malları satdığına görə, onlarda vəziyyət pisləşəndə bizə də pis olur. Çünki onların bizdən alacağı var. Yəni bu Türkiyənin baxımından bizə mənfi bir təsiri yoxdur”, - Həsənov söyləyib


İqtisadçı-ekspert Rəşad Hüseyn uçot dərəcəsinin daha da qaldırılmasının daxili bazarlar tərəfindən gözlənilməz olduğunu bildirib. 

"Türkiyə Türk Lirəsinə qarşı olan basqıların qarşısını almaq üçün inflasiyanın qarşısını almaq üçün uçot dərəcəsini 25%-ə qaldıraraq həm inflasiyanın dəyərinin daha da düşməsini həm də daxili bazarda gözlənilməz bir addım oldu. Bazarların da buna reaksiyası fərqli oldu. İlk olaraq, dolların qiyməti Türkiyədə 27.22-dən hal hazırda 26.50-yə enib. Bu əlbəttə ki, bazardaki ilk psixolojik təsirdir. Və ilk psixolojik təsir çox əhəmiyyətlidir. Növbəti mərhələlərdə daha digər iqtisadi göstəricilər, siyasi qərarlər Türk Lirəsinin daha da bu vəziyyətdən çıxmasında önəmli rol oynayacaq. Sözsüz ki, burada əsas olan məqam Türk Lirəsinə olan inamdır, inamın artırılması və Lirənin daha da özünə gəlməsi üçün önəmli addım idi. Biz bilirik ki, dünyada baş vermiş dalğalanmalar, Rusiya-Ukrayna müharibəsi, o cümlədən Rusiya-Türkiyə münasibətləri və Türkiyənin Avropa və Qərblə münasibətləri də lirənin vəziyyətinə mənfi təsir göstərmişdi. Düzdür, indi Rusiya ilə münasibətlər çox yaxşı vəziyyətdədir. Turist axınları davam edir. Lakin bəzi siyasi qərarlar olur ki, bunlar Türkiyəyə qərəzli olaraq yənləndirilir və bunların da Türk lirəsinə mənfi təsirləri çoxdur. Amma əsasən, Türkiyə Mərkəzi Bankının verdiyi bu qərar, Türk lirəsinin müəyyən müddət dəyərini itirməsinin qarşısını alacaq. Bu dəyər itirmənin qarşısını almaq üçün ilk fürsət olaraq iqtisadi göstəricilər idxal ixrac imkanları daha da gənişləndirilərək Türkiyənin iqtisadi göstəriciləri daha da yaxşılaşdırılandan sonra mən fikirləşirəm ki, Lirəni uzun müddət sabit saxlamaq olacaq. Sonraki dövrlər üçün indidən bir şey dəmək çətindir. Bu hadisələrin əlbəttə ki, Azərbaycan üçün də təsirləri var. Türkiyə Azərbaycan üçün ikinci ən böyük ticari əməkdaşıdır. Birincisi İtaliyadır. Türkiyə və Azərbaycanın ticari əlaqələrinə baxsaq, baxmayaraq ki, biz onlara neft və qaz ixrac edirik, Azərbaycan hal-hazırda ticari əlaqələrdə Türkiyəylə müsbət yöndədir. Lakin, Lirənin Türkiyə bazarında qiymətinin qaldırılması dollar nisbətində bizə baha başa gəlir. Qiymət artımı bizə də müəyyən qədər təsir edən amillərdəndir. Bu məsələnin iqtisadi tərəfidir. Həmçinin bunun siyasi tərəfi vardır. Bizə güclü Türkiyə lazımdır. Həm Qarabağ məsələlərində həm də digər siyasi məsələlərdə bizə Güclü Türkiyə lazımdır", - Rəşad Hüseyn açıqlayıb. 

Rəşad Hüseyn həmçinin əlavə edib ki, uçot dərəcəsinin azaldılması Türk Lirəsinin bir müddət sabit səviyyədə qalmasına kömək edə bilər. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
İqtisadiyyat 14:28
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
İqtisadiyyat 12:34
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol