• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Dünyada COVID-19-a yoluxma halları 28 gündə 63% artıb - ÜST

Dünyada COVID-19-a yoluxma halları 28 gündə 63% artıb - ÜST
25.08.2023 20:12
İyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, iki mindən çox insan dünyasını dəyişib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Məlumata görə, əvvəlki 28 günlə müqayisədə yoluxma sayı 63% artıb, ölənlərin sayı isə 48% azalıb.

Ümumilikdə 103 dövlətdə koronavirus hadisəsi qeydə alınıb.

Qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvarın sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub.
 
11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə edib.
 
Təşkilatın saytında dərc olunmuş 12 iyul 2023-cü il tarixə olan məlumata görə, dünyada 767 972 961 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 950 655 nəfər ölüb.
 
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin həqiqi sayı ən azı 20 milyondur.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksika ABŞ-nin tətbiq etdiyi tariflərə cavab verməyə hazırlaşır
Dünya 23:24
Meksika ABŞ-nin tətbiq etdiyi tariflərə cavab verməyə hazırlaşır
İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
Dünya 22:38
İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Dünya 21:38
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
Dünya 20:51
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Dünya 20:25
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Dünya 19:29
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Dünya 17:31
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Putin İran və ABŞ arasında vasitəçi olacaq
Dünya 17:18
Putin İran və ABŞ arasında vasitəçi olacaq
İphone yeni emojilər alıb
Dünya 16:25
İphone yeni emojilər alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol