• $
  • £

Danimarka Quranı yandıranlara həbs cəzası verilməsini istəyir

Danimarka Quranı yandıranlara həbs cəzası verilməsini istəyir
25.08.2023 21:18
Danimarka  ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, buna görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Nazirin sözlərinə görə,  Quran, İncil və ya Tövratın yandırılması qanunsuz olacaq .

Bundan əvvəl, Moskva xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova Danimarkada Quranın yandırılması aksiyasını pisləyib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi tviter hesabında Quranın yandırılmasını pisləyən açıqlama yayıb.

İyulun 20-də İsveç polisi Quranın və İraq bayrağının yandırılması planlaşdırılan etiraz aksiyasına icazə verib.

İsveçdə Quran nüsxələrinin yandırılmasına qəzəblənən etirazçılar İraqın paytaxtı Bağdadda İsveç səfirliyini yandırıblar.

Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu "alçaq və anti-İslam" adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına  gəlib .
Daha sonra yüzlərlə iraqlı etiraz etmək üçün Bağdaddakı İsveç səfirliyi qarşısında  toplaşıb. Bir neçə onlarla insan səfirliyin həyətinə girməyə cəhd edib, lakin polisin gəlişindən sonra onlar missiya ərazisini tərk ediblər. İraq Xarici İşlər Nazirliyi Quranı yandıran şəxsin 37 yaşlı Salvan Momik adlı iraqlı qaçqın olduğunu bildirib və İsveçdən onu ekstradisiya etməyə çağırıb.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Hakan Fidan Lavrovla görüşüb
Dünya 14:25
Hakan Fidan Lavrovla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol