Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb - ÜST

Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.
Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.
"Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.
O vurğulayıb ki, bu ilin may ayında COVID-19-a yoluxma halının azalmasına baxmayaraq, bu xəstəlik sağlamlıq üçün qlobal təhlükə olaraq qalır.
Təşkilatın Cenevrədə dərc olunan məlumat hesabatında deyilir ki, iyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirusa yoluxub və 2 000-dən çox insan ölüb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63 % artıb, ölənlərin sayı isə 48 % azalıb. Səkkiz ölkə xəstəxanaya müraciətlərin 20 % və ya daha çox artdığını bəyan edib. Onların arasında Banqladeş, Yunanıstan, İslandiya, Meksika və ABŞ var. EG.5 ştamı 53 ölkədə aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər