Priqojinin ölümü rəsmən təsdiqləndi

Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələr başa çatıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib və onların arasında Yevgeni Priqojin də var.
"Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur”, - deyə məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər