• $
  • £

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlanıb

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlanıb
28.08.2023 09:43
İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə kirayəçilərin istifadəsinə 3886 yaşayış sahəsi verilib. Bu barədə fonddan bildirilib.
 
Bildirilir ki, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 371 milyon 469 min manatdır. 
 
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 46 022 borcalana 2 milyard 734,833 milyon manat kredit verib. Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bildirilir ki, indiyə qədər 371,469 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
 
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF)  mənzillərin almaq hüququ ilə kirayə verilməsi mexanizmi çərçivəsində avqustda  ölkə vətəndaşlarına 233 yeni mənzil təqdim edəcək. 

Fondun məlumatına görə, Abşeron rayonunda (Saray kəndi, Məhəmməd Əsədov küçəsi) yaşayış kompleksində 233 mənzil vətəndaşlara təklif olunur. Bu kompleksdə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər kirayə verilir.
 
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 46 min 258 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 749 milyon 835 min 936 manatdır.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol