• $
  • £

Yelo Bank-da aktiv gənclərlə görüş keçirildi

Yelo Bank-da aktiv gənclərlə görüş keçirildi
25.08.2023 16:57
Yelo Bank hər zaman gənclərə yönümlü layihələri ilə seçilir. Bu dəfə Bank-da "Media savadlılığında QHT-lərin rolu” layihəsinin növbəti görüşü keçirilib. Müxtəlif universitetlərdən 50-yə yaxın aktiv tələbə və məzunlar Yelo Bank-la tanışlıq üçün Baş ofisdə qonaq oldular. Əvvəlcə info-tur çərçivəsində Baş ofisin müasir interyeri və əməkdaşlar üçün yaradılmış imkanlardan geniş bəhs edildi. Tədbirin əsas məqamı Bank rəhbərliyi ilə görüş oldu. Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova gəncləri salamlayaraq Yelo Bank haqqında geniş məlumat verdi. O, həmçinin öz karyera və təhsil təcrübələrini bölüşərək, gənclərə çox dəyərli tövsiyələr etdi. İnsan Kapitalı və İctimaiyyətlə Əlaqələr üzrə rəhbər heyət də Yelo Bank-da keçirilmiş və gözlənilən layihələrdən ətraflı bəhs etdilər. GSİİYİB-in sədri Əfsələddin Ağalarov verilən dəstəyə görə Yelo Bank rəhbərliyinə göstərilən diqqətə görə, gənclər adından təşəkkürünü bildirdi. Sonda iştirakçıların sualları cavablandırıldı və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilərək xatirə fotosu çəkdirildi.
 
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Yelo Bank istedadlı gənclərin karyera dəstəkçisi olmaq siyasətinə hər zaman sadiqdir və gələcəkdə daha çox tələbə üçün Bankda "açıq qapı" və karyera günləri təşkil ediləcək.
 
Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol