Bu ilin iyununda Türkiyəyə qaz ixracı artıb

2023-cü ilin altı ayında Türkiyəyə "Şahdəniz” yatağından hasil edilən 5 milyard 180.66 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16.4% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumat yayıb.
Bildirilib ki, iyunda Türkiyəyə qaz ixracının həcminə görə birinci pillədə qərarlaşıb. İkinci pillədə 30.3%-lə Rusiya, üçüncü pillədə 18%-lə İran, dördüncü pillədə 15.8%-lə Əlcəzair yer alıb.
İyunda Türkiyəyə qaz ixracı 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və Misir – LPG) həyata keçirilib.
Türkiyəyə "Şahdəniz” yatağının işlənməsi üzrə "Mərhələ-1” və "Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
"Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29.99%), "Cənub Qaz Dəhlizi” QSC (21.02%), LUKOIL (19.99%), NICO (10%), TPAO (19%).
2023-cü ilin iyununda Azərbaycandan Türkiyəyə 743.68 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.95% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 31.9%-i Azərbaycanın payına düşüb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub.
TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb
2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Bu, o deməkdir ki, artım təxminən 1,5 milyard kubmetr təşkil edib.
2023-cü ildə Azərbaycan qazının Türkiyəyə tədarükü 10,2 milyard kubmetr səviyyəsində planlaşdırılır.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Müqavilədə tərəflərin payı aşağıdakı kimidir: BP (operator, 29,99%), Cenub Qaz Dehlizi (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%) .
Aytac Zeynalova
www.anews.az