• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü

Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü
29.08.2023 19:06
Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan 3 nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryana baş çəkiblər.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

"Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.

İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan Ombudsmanının səlahiyyətləri izah edilib, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib”, - məlumatda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Siyasət 10:43
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
Siyasət 10:37
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Siyasət 10:14
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Siyasət 09:55
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Xocalı faciəsindən 33 il keçir
Siyasət 09:07
Xocalı faciəsindən 33 il keçir
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Siyasət 22:15
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Prezident xocalı ilə bağlı paylaşım edib
Siyasət 21:20
Prezident xocalı ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol