• $
  • £

Makron İlham Əliyevə zəng edib

Makron İlham Əliyevə zəng edib
29.08.2023 21:24
Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Dövlət başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Dövlət başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.

Dövlət başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.

Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol