• $
  • £

“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında 8,5 dəfə azalıb

“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında 8,5 dəfə azalıb
29.08.2023 22:33
Qazpromun şirkətin səhmdarlarına aid olan xalis mənfəəti, beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) əsasən, ilin birinci yarısında bir il əvvəlki 2,5 trilyon rubla qarşı 296,2 milyard rubl təşkil edib.

Bu barədə "Qazprom”un idarə heyətinin üzvü Famil Sadıqov açıqlayıb.
 
Holdinqin rəhbərinin müavini Famil Sadıqovun sözlərinə görə, şirkətdə xalis mənfəətin azalması əsasən hesabat dövründə rublun dollara nisbətdə 24 % və avroya nisbətdə 26 % ucuzlaşması fonunda 567 milyard rubl dəyərində məzənnə fərqlərinin maliyyə maddələrinə təsiri ilə bağlı olub.

"Qazprom”un gəliri 4,11 trilyon rubl təşkil edib. İlin birinci yarısında şirkətin satışdan əldə etdiyi mənfəət 3,5 dəfə – 744,78 milyard rubla qədər azalıb, bir il əvvəlki 3,24 trilyon rubla qarşı isə vergilərdən əvvəlki mənfəəti 360,6 milyard rubl təşkil edib. "Qazprom” Qrupunun ilin birinci yarısında EBITDA-sı 1,228 trilyon rubl, EBITDA marjası 30 % təşkil edib.

Famil Sadıqov diqqətə çatdırıb ki, şirkətin likvidlik ehtiyatı 1,1 trilyon rubldan çoxdur ki, bu da qısamüddətli borc öhdəliklərini üstələyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol