• $
  • £

Fransa TIR-ları Laçın yoluna doğru yola düşüb - Video

Fransa TIR-ları Laçın yoluna doğru yola düşüb - Video
30.08.2023 10:46
Fransanın "humanitar" yardımı olan 10 yük maşını Ermənistanın Azərbaycanla sərhəddi olan Gorus kəndinə doğru yola düşüb. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Paris meri Ann Hidalqo da Gorusa getməyi planlayır, o, "humanitar" yük daşıyan yük maşınları karvanını müşayiət etmək niyyətindədir. Qarabağ sakinlərinə "yardım" Parisin və Fransanın bəzi iri şəhərlərinin hakimiyyət orqanları tərəfindən həyata keçirilir.
 
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Fransa və Ermənistan çalışır ki, Azərbaycan Xankəndi məsələsindən əl çəksin. 

"Bu yardımın məqsədi Fransanın özünün maraqlarının arxasınca gəlməsi və Ermənistanın mövqeyni müdafiə etməsi ilə bağlıdır. Bir yandan da Azərbaycana güc nümayiş etdirmək istəyir ki, Qarabağ üzərində bir mövqe nümayiş etdirə və suverenliyini bərpa edə bilməsin. Dünyanın gözü qarşısında beynəlxalq hüququn prinsiplərini təhlükəsizlik şurasının daimi üzvü pozur. Məqsəd də budur ki, Azərbaycanı imtina etdirmək istəyirlər ki, Xankəndi məsələsindən əl çəksin”, - ekspert bildirib
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılovun fikrincə, Fransanın Qarabağdakı vətəndaşlara hansısa bir humanitar yardım göstərmək niyyəti yoxdur.
 
"Bu gün Qarabağ erməniləri Fransanın, Ermənistanın və heç bir xarici dövlətlərin vecinə deyil. Qarabağ ermənilərindən sadəcə olaraq, təzyiq və manipulyasiya vasitəsii kimi istifadə edirlər. Hesab edirəm ki,  Fransa Azərbaycan əleyhinə növbəti siyasi kompaniyalar həyata keçirmək və Ermənistanı regionda təhrikedici, qızışdırıcı bir dövlət kimi tanıtmaq üçün bu vasitələrdən istifadə edərək üzərimizə salmaq niyyətindədir. Əgər həqiqətən Qarabağ ermənilərinə humanitar yardım məqsədi daşısaydı, Azərbaycanın təqdim elədiyi Ağdam-Xankəndi yolundan istifadə edilərdi. Yaxud da Azərbaycana bununla bağlı hansısa bir irad bildirmək, eyni zamanda təzyiqlərə cəhd edilməzdi. Fransanın bu məqsədinin altında çirkin addımlar yatır. Azərbaycan bu dırnaq arası yardımı qəbul etməməlidir",- ekspert vurğulayıb.
 
Avqustun 29-da Bakıdan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Yardıma  40 ton un məmulatları olub.
 

 

Aytac Zeynalova
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Hakan Fidan Lavrovla görüşüb
Dünya 14:25
Hakan Fidan Lavrovla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol