• $
  • £

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” layihəsinə start verib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” layihəsinə start verib
30.08.2023 11:36
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4sim.gov.az) "4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsinə start verib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” sosial şəbəkəsində yazıb.

"Layihə çərçivəsində 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dili və digər sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs "Coursera” şirkətinin təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək. Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək”, - nazir bildirib.
 
2023-cü il iyunun 3-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə "Iteca Caspian" arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi və inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin beynəlxalq və yerli texnoloji sərgilərdə iştirakının təşviq edilməsi və bu sahədə müvafiq birgə tədbirlərin görülməsi nəzərdə tutulub.

Memorandumu 4SİM tərəfindən icraçı direktorun vəzifələrini icra edən Fariz Cəfərov, "Iteca Caspian" tərəfindən isə icraçı direktor Fərid Məmmədov imzalayıb. 

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol