Qarabağ qazisi ƏƏSMN qarşısında etiraz edib- VİDEO
Qarabağ qazisi Asim Muradov əlilliyinin təyin edilməməsinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası edib.
O bildirir ki, İkinci Qarabağ müharibəsi zamanı iki dəfə yaralanıb və bədənindən hələ də qəlpələr var.
Bir müddətdir hərbiçi olan Asim Muradov yararsız olduğuna görə işdən azad olunub.
Qazi deyir ki, müxtəlif xəstəxanlarda yatsa da, ona əlillik dərəcəsi verilmir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirlinin mətbuat xidmətindən bildirildi ki, Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı Muradov Asim Tağı oğlunun sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyinatı aparılmayıb.
"Masallı rayon sakini, 18.11.1990-cı il təvəllüdlü Muradov Asim Tağı oğluna müharibə veteranı olduğu üçün 01.01.2022-ci il tarixdən Prezidentin aylıq təqaüdü (80 manat) təyin olunaraq ödənilir. 2021-ci ildə onun ailəsi üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə maldarlıq üzrə kiçik təsərrüfatı yaradılıb. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər (forma 88) əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bu ilin mart və avqust aylarında onun əyani müayinələri aparılıb Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı Muradov Asim Tağı oğlunun sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyinatı aparılmayıb", - xidmətdən bildirilib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox