• $
  • £

Aİ Ukrayna üçün hərbi yardım fondu yaratmaq istəyir

Aİ Ukrayna üçün hərbi yardım fondu yaratmaq istəyir
30.08.2023 21:12
Avropa İttifaqı (Aİ) Ukraynaya 2024-2027-ci illər üçün ildə 5 milyard avro həcmində hərbi yardım ayrılacağı fond yaratmaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell İspaniyanın Toledo şəhərində keçirilən birlik ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra təşkil edilən mətbuat konfransında bildirib.

"Mən 2024-2027-ci illər ərzində Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif etdim. Bu, Ukraynaya dəstəyimizin əsas elementi olmalıdır. Fond çərçivəsində hər il 5 milyard avro ayıracağıq”, - o deyib.

Jozep Borrellin sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri cümə axşamı keçiriləcək görüşdə Ukrayna üçün fondun yaradılması məsələsini də müzakirə edəcəklər. "Ümid edirəm ki, ən qısa zamanda razılıq əldə olunacaq, ümidvaram ki, ən uzağı ilin sonuna qədər bu reallaşacaq”, - o əlavə edib.

Jozep Borrell Ukraynaya yardım fondu dedikdə Aİ-nin son aylarda hazırladığı rəsmi Kiyevə hərbi dəstək planını nəzərdə tutur. Ehtimal olunur ki, bura qarşıdakı 4 il ərzində 20 milyard avro məbləğində silah təchizatı və hərbçilərin təlimi daxildir. Bu plan Avropa Sülh Fondunun xətti ilə həyata keçiriləcək. Bu fondun vəsaiti Aİ ölkələrinin rəsmi Kiyevə silah, sursat və hərbi texnika üçün ehtiyat hissələrinin alınması, habelə Ukrayna Silahlı Qüvvələri üçün kadr hazırlığı xərclərinin qismən ödənilməsinə yönəldiləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Hakan Fidan Lavrovla görüşüb
Dünya 14:25
Hakan Fidan Lavrovla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol