• $
  • £

Avropada təbii qaz bahalaşıb

Avropada təbii qaz bahalaşıb
31.08.2023 10:41
Ötən gün keçirilən hərraclarda Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

30 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 398,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393 dollar) ilə müqayisədə 1,3% çoxdur.

Ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
 
Avropanın qaz təchizatçıları arasında Azərbaycan da var. Hazırda Azərbaycan Transadriatok qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz ixrac edir. 
 
Aərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyulunda Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli” yataqlarından, 15,4 milyard kubmetri "Şahdəniz”dən, 0,1 milyard kubmetri "Abşeron”dan hasil olunub. SOCAR qaz hasilatı isə  5,1 milyard kubmetri təşkiledib.
 
Ötən ilin uyğun dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyulunda Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.

"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək AÇG-dən 211 milyard kubmetr, "Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol