• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Avropa İttifaqı ölkələri Azərbaycandan fındıq idxalını azaldıb

Avropa İttifaqı ölkələri Azərbaycandan fındıq idxalını azaldıb
31.08.2023 11:04
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib. Bu barədə İnterfaks-Azərbaycan Aİ-nin Statistika İdarəsinin materiallarına əsasən məlumat yayıb.

Bildirilir ki, yanvar-iyununda Azərbaycan Almaniyaya 13,708 milyon avro dəyərində (artım 34,2%) 2,539 min ton (artım 47%), İtaliyaya 7,441 milyon avro dəyərində (azalma 5,1 dəfə) 1,396 min ton meşə fındığı (azalma 4,7 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə fındıq alıb.

Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avroya (artım 44,5%) 10,061 min ton 2021-ci illə müqayisədə 42,7% artım fındıq idxal edib.
 
Azərbaycan 2023-cü ilin birinci yarısında 11 489,2 ton fındıq ixrac edib ki, bu da 2022-ci ilin ilk altı ayı ilə müqayisədə 18,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İxrac edilən qabığı soyulmuş fındığın dəyəri 58 milyon 767,17 min dollar (artım 5,7%) qiymətləndirilir.

O cümlədən, yanvar-iyunda Rusiyaya 5 min 267,49 ton (25 milyon 855,17 min dollar), 2,267 min ton (12 milyon 722,37 min dollar), İtaliyaya - 8 milyon 930,24 min dollara 1,585 min ton ixrac olunub.

Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
İqtisadiyyat 14:28
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
İqtisadiyyat 12:34
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol