Türkiyə sərhədini pozmaq istəyən 44 terrorçu zərərsizləşdirilib
Türkiyədə son bir həftədə 44 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Bildirilir ki, ümumilikdə 37 terrorçunun sərhədi pozmaq cəhdinin qarşısı alınıb.
Nazirliyin məlumatına görə, sərhədi qanunsuz pozmaq istəyən 30 FETÖ üzvü saxlanılıb
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikayanın "X" platformasında yazdığı məlumata görə, Türkiyədə terror təşkilatının 36,4 milyard lirə qeyri-qanuni gəlir əldə etməsinin qarşısı alınıb.
"Bingöldə keçirilən narkotik əməliyyatı zamanı terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alındı", - O vurğulayıb.
"Bingöldə keçirilən narkotik əməliyyatı zamanı terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alındı", - O vurğulayıb.
2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər