• $
  • £

Macarıstan Azərbaycandan qaz alışını artıqmaq istəyir

Macarıstan Azərbaycandan qaz alışını artıqmaq istəyir
31.08.2023 16:58
Macarıstan Azərbaycan və Türkiyədən təbii qaz alışını artırmağı planlaşdırır, bu barədə İnterfaks agentliyi Macarıstanın xarici işlər naziri Peter Szijarto istinadan yazıb.

Szijarto çərşənbə günü axşam Bolqarıstan Prezidenti Rumen Radev ilə telefon danışığında qaz tranziti məsələlərini müzakirə etdiyini bildirib.
 
Bundan əvvəl, Budapeşt Bakı ilə 1 milyard kubmetr qaz idxalı ilə bağlı razılığa gəlib. 

Szijarto qeyd edib ki, Macarıstan Azərbaycanla uzun müddətdir əməkdaşlıq qurur.

"Bizim müqaviləmiz var, ona əsasən 2023-cü ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz alacağıq.  Bundan əlavə, satınalmaların təxminən 1 milyard kubmetrlik müqaviləyə qədər artacağına dair aydın siyasi razılaşma da var idi”, -  nazir vurğulayıb.

Azərbaycanın SOCAR və Macarıstanın MVM CEEnergy şirkəti bu ilin iyununda 2023-cü ildə Macarıstana Azərbaycan qazının (100 milyon kubmetr) tədarükünə dair dördüncü rübdə başlayacaq müqavilə imzalayıb.

Bundan əvvəl Szijarto Macarıstanın Azərbaycandan hər il 2 milyard kubmetrə qədər qaz almaq istədiyini açıqlamışdı.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol