Ankara və Kiyev taxıl müqaviləsinin davam etdirilməsini müzakirə ediblər

Ankara və Kiyev Qara dənizdə taxıl müqaviləsinin uzadılması və kommersiya daşınması məsələlərini müzakirə ediblər. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.
Uraloğlunun sözlərinə görə, Türkiyə tərəfinin nümayəndələri Ukraynanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirib.
"Görüş zamanı biz bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə kommersiya daşımalarının davam etdirilməsi və Ukraynanın infrastrukturuna mümkün investisiya əməkdaşlığını müzakirə etdik", - Uraloğlu bildirib.
Nazir əlavə edib ki, Türkiyə Ukraynanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
www.anews.az

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra Rusiya tərəfinin bütün bəndləri yerinə yetirdikdən sonra taxıl sazişinə qayıtmağa hazır olacağı şərtlərini Türkiyənin diqqətinə çatdırdığını bildirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 