KTMT-nın yeni təlimlərində yenilik olacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarusda başlayan "Döyüş Qardaşlığı-2023” birgə əməliyyat-strateji təlimləri zamanı bir sıra yeni tapşırıqların hazırlanması planlaşdırılır. Bu barədə hərbi təlimlərin rəhbəri, Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-mayor Andrey Matiyeviç məlumat verib.
"Təlimlərin aktiv mərhələsində biz əvvəlki illərdə işlənməyən bir sıra xüsusi problemləri nəzərdə tuturuq. Söhbət ilk növbədə aviasiyadan təkrar istifadəni təmin etmək üçün yolun aerodrom hissəsinin hərtərəfli təmin edilməsi məsələsindən gedir”.
www.anews.az

Təlim rəhbəri radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının və tibbi təminat hissələrinin kollektiv formalaşdırılması ilə də karantin dövrünün təşkili məsələsinin işləniləcəyini bildirib.
Bundan əlavə, xüsusi təyinatlıların bölmələri əhalinin güzəranını təmin edən obyektlərdən birində antiterror əməliyyatı hazırlayacaq.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 