• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Pentaqon UFO-larla bağlı məxfi məlumatları təqdim edəcək

Pentaqon UFO-larla bağlı məxfi məlumatları təqdim edəcək
02.09.2023 18:30
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Naməlum Uçan Obyektlər” (UFO) haqqında "Naməlum Anomal Hadisələr” (UAP) adlanan məxfi məlumatların təqdim edilməsi üçün yeni internet saytı istifadəyə verib.

Xarici KİV xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Pentaqonun sözçüsü Patrik Rayder mətbuata verdiyi açıqlamada qurumun UFO-ları öyrənmək səylərini dəstəkləmək üçün Universal Anomaliyaların Həlli Ofisi (AARO) tərəfindən idarə olunan "www.aaro.mil" internet saytını yaratdıqlarını bildirib.

Patrik Rayder saytda məxfilik qrifi aradan qaldırılmış və ictimaiyyətə açıqlanmasına iczə verilmiş anomal hallar barədə videoların, fotoşəkillərin və məlumatların təqdim ediləcəyini, həmçinin, rəsmi hesabatların, stenoqramların, press-relizlərin, bir sözlə, ictimaiyyət üçün faydalı ola biləcək bütün mənbələrin yer alacağını bildirib.
Həmçinin, Rayder vurğulayıb ki, Pentaqonun UFO-larla bağlı fəaliyyətlərini ictimaiyyətə şəffaf şəkildə təqdim etmək öhdəliyi var.

Pentaqonun 2023-cü ilin yanvar ayında dərc etdiyi "UAP 2022" hesabatında ABŞ ordu bölmələrinin, həmçinin, müxtəlif qurumların fəaliyyətləri nəticəsində 510 UFO hadisəsinin qeydə alındığı vurğulanmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Dünya 21:38
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
Dünya 20:51
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Dünya 20:25
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Dünya 19:29
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Dünya 17:31
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Putin İran və ABŞ arasında vasitəçi olacaq
Dünya 17:18
Putin İran və ABŞ arasında vasitəçi olacaq
İphone yeni emojilər alıb
Dünya 16:25
İphone yeni emojilər alıb
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Dünya 15:59
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Serbiyada deputatlar dava ediblər
Dünya 15:35
Serbiyada deputatlar dava ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol