İraqla İran arasında dəmir yolunun tikintisinə başlanılıb

İraqla İran arasında dəmiryolu xəttinin tikintisinə başlanılıb.
Bu barədə "Shafaq News” informasiya portalı məlumat yayıb.
Mərasim İraqın Bəsrə əyalətinin Şələmçe şəhərindəki sərhəd-keçid məntəqəsində baş tutub.
İran tərəfdən isə birinci vitse-prezident Məhəmməd Moxber iştirak edib.
"Şələmçe sərhəd-keçid məntəqəsi vasitəsilə sərnişinlər Ən-Nəcəf və Kərbəla əyalətlərindəki müqəddəs yerlərə gedib gələ biləcəklər”, - deyə İraqın baş naziri bildirib.
İranın birinci vitse-prezident Məhəmməd Moxber bildirib ki, dəmir yolu İranla İraq arasında ticarət mübadiləsində böyük sıçrayışa səbəb olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 