Fransa Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırır

Fransa ekoloji vəziyyətlə əlaqədar Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırır.
"Euronews” kanalı xəbər verir ki, Fransa Nəqliyyat Nazirliyində Avropa İttifaqı səlahiyyətlilərinə karbon qazı tullantılarını azaltmaq üçün minimal qiymətlər siyasətini yenidən nəzərdən keçirmək təklif olunacaq.
Nazir-nümayəndə Kleman Bonun sözlərinə görə, bununla da Paris "sosial və ekoloji dempinq ilə” mübarizə aparmaq niyyətindədir. O deyib ki, 10 avroluq ucuz aviabiletlər daha mümkün deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 