• $
  • £

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə maəşğul olan 25 nəfər saxlanılıb

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə maəşğul olan 25 nəfər saxlanılıb
03.09.2023 10:22
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi "Opel" markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb.

Cavid Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə - heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Cavid Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol