Azərbaycanın valyuta ehtiyatları artıb
2023-cü ilin sentyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib, bu da avqustun 1-i ilə müqayisədə 1,3 % çoxdur. Bu barədə Mərkəzi Bankının (AMB) məlumat yayıb.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % artıb.
Hazırda Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollar, xarici borcu isə 6 milyard dolları təşkil edir. Bunu Prezident İlham Əliyev bildirib.
"Son 20 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, ölkənin xarici borcu isə 6 milyard dollardan bir qədər artıqdır. Beləliklə, ölkənin valyuta ehtiyatları xarici borcunu təxminən 10 dəfə üstələyir”, - Əliyev bunu 2023-cü il mayın 10-da xalqa müraciətində bildirib.

Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox