Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar artıb

2023-cü ilin yanvar-iyulunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yüklər terminalı vasitəsilə aşırılmış əlvan metalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 85,6 % artaraq 245 min ton olub. Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.
Aşırılan əlvan metal məhsullarının əsas hissəsini Qazaxıstandan gətirilən alüminium, sink, mis katod, və qurğuşun yükləri təşkil edib.
Cari ilin yanvar-iyulunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Prezident İlham Əliyevin 2015-ci il 18 mart tarixli Sərəncamı ilə yaradılıb və həmin vaxtdan yeni hüquqi statusda fəaliyyətə başlayıb.
Aytac Zeynalova
www.anews.az