• $
  • £

Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq

Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq
05.09.2023 11:43
"ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək”. 

 "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib.  

Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.

Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.

Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: "Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq” – mətbuat xidmətinin açıqlamasında qeyd edilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol