• $
  • £

Yelo Bank-dan "Özünüməşğulluq" proqramına növbəti dəstək

Yelo Bank-dan
05.09.2023 11:51
Yelo Bank aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə vətəndaşlara şəxsi biznesini qurmaq üçün dəstək olur. Bank bu dəfə "Özünüməşğulluq" layihəsi çərçivəsində Naftalan, Gəncə və Tovuzda sahibkarlara kiçik biznesləri üçün xüsusi avadanlıqlar hədiyyə edib. 
 
Naftalan sakini Zenfira Haqverdiyeva uzun müddətdir, un məmulatları istehsalı üzrə öz işini qurmaq arzusunda idi. Hazırladığı və dadına baxan hər kəsin bəyəndiyi şirniyyatlar onu öz məkanını açmaq üçün həvəsləndirirdi. Zenfiranı arzusuna çatdıran Yelo Bank onu lazımi avadanlıqlarla təmin etdi. Həvəslə başladığı bu işi indi bir sahibkar kimi davam etdirəcək və tezliklə biznesini böyüdəcək.  
 
Layihənin sevindirdiyi növbəti vətəndaş isə Gəncə sakini Gülnarə İsrafilova oldu. Qadın salonu açmaq və xanımlara gözəllik bəxş etmək arzusunda olan Gülnarəyə planlarını gerçəkləşdirə bilməsi üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Potensial sahibkarlar arasında xanımların xüsusi yer alması çox sevindiricidir. Beləliklə, Yelo Bank ölkəmizdə qadın sahibkarlığının inkişafına da öz töhfəsini verir.
 
Kiçik dülgər sexi açmaq istəyən Tovuz sakini Ələsgər Vəliyev də layihədən töhfə alan vətəndaşlardan biridir. O, öz işini qurmaq və daha da inkişaf etdirmək üçün lazım olan bütün material və avadanlıqlarla təmin olundu. 
 
Qeyd edək ki, "Özünüməşğulluq" proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən, həssas qruplara aid vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
 
Yelo Bank olaraq hər zaman sosial layihələrin reallaşdırılmasına xüsusi həssaslıqla yanaşırıq. Belə ki, "Özünüməşğulluq" proqramına ilk qoşulanlardan olan bankımız bu layihənin uğurla həyata keçirilməsi üçün dəstək göstərməyə davam edəcək. 

Bank xidmətləri, həmçinin, mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol