Azərbaycanın TAP vasitəsi ilə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
2023-cü ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 7,59 milyard kubmetr həcmində "mavi yanacaq" ötürülüb. Bu barədə TAP AG konsorsiumundan bildirilib.
Bildirilir ki, TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 27,09 milyard kubmetr qaz nəql edilib. Bunun 1,37 milyard kubmetri Bolqarıstana, 2,85 milyard kubmetri Yunanıstana, 22,65 milyard kubmetri isə İtaliyaya göndərilib.
2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Hazırda TAP vasitəsilə qazın Avropanın cənubuna nəql olunduğu kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox