• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Rusiya İsveç və Almaniyaya xəbərdarlıq edib

Rusiya İsveç və Almaniyaya xəbərdarlıq edib
05.09.2023 15:04
Rusiyanın Almaniya və İsveçdəki səfirlikləri bu ölkələrin hərbi şirkətlərinin Ukrayna üçün silah istehsal etmək planları ilə bağlı demarşlar edib. Bu barədə Rusiya mətbuatı  ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadan yazıb.
 
Diiplomat vurğulayıb ki, bu planlar reallaşarsa, Rusiya öz təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün lazımi tədbirlər görəcək.

"Rusiyanın Berlin və Stokholmdakı səfirlikləri Almaniya və İsveçin xarici işlər nazirliklərində müvafiq demarşlar edib və biz hər iki paytaxtda lazımi nəticələrin çıxarılacağından çıxış edirik", - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya tərəfi Qərbin müvafiq planlarını Rusiya Federasiyası ilə münaqişədə iştirakının növbəti təsdiqi hesab edir.

Sentyabrın 5-də Almaniya Müdafiə Nazirliyi Almaniyanın Ukraynaya Gepard özüyeriyən zenit silahları (ZSU) üçün yeni hazırlanmış sursat göndərdiyini açıqlayıb.

Keçən həftə Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov ölkəsinin 2022-ci ilin fevralından bəri təxminən 100 milyard dollarlıq hərbi yardım aldığını bildirib.


Gülnar 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Dünya 17:31
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Putin İran və ABŞ arasında vasitəçi olacaq
Dünya 17:18
Putin İran və ABŞ arasında vasitəçi olacaq
İphone yeni emojilər alıb
Dünya 16:25
İphone yeni emojilər alıb
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Dünya 15:59
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Serbiyada deputatlar dava ediblər
Dünya 15:35
Serbiyada deputatlar dava ediblər
Ermənistan Aİ-yə üzvlüklə bağlı qanunun müzakirəsini təxirə salır
Dünya 15:34
Ermənistan Aİ-yə üzvlüklə bağlı qanunun müzakirəsini təxirə salır
Aİ Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır
Dünya 14:39
Aİ Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Dünya 13:05
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Bitcoinin qiyməti düşdü
Dünya 09:57
Bitcoinin qiyməti düşdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol