795 nəfər işlə təmin olunub - Dövlət Məşğulluq Agentliyi
Avqustda Dövlət Məşğulluq Agentliyinin peşə kurslarını bitirən 834 nəfərdən 795-i işlə təmin olunub. Bu barədə Agentlikdən bildirilib.
Nazirlikdən vurğulanıb ki, avqustda ümumuilikdə 1444 nəfər peşə kurslarına cəlb olunub. Onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin yeddi ayında 195 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Son 7 ayda 7,2 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 121,6 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsinin iyulun 1-nə olan açıqlamasına görə, Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib.
İşsiz statusu verilən şəxslərin sayı son 1 ayda 2 min 708 nəfər azalıb.
İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub.
İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşüb.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox