Ukrayna ordusu nə qədər itki verib?- AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin itkiləri 66 min nəfəri keçib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə növbəti müşavirəsində deyib.
O bildirib ki, Ukrayna ordusunun 7 600 silahı sıradan çıxarılıb.
Bundan başqa, bir ay ərzində Ukrayna Silahlı Qüvvələrinin 159 HIMARS raketi, mindən çox pilotsuz uçuş aparatı, 13 qanadlı raketi vurulub.
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkilərinin sayı 265 120 nəfərə çatıb.
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb.
Aytac Zeyalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 