Azərbaycanda emitentlərin öhdəliklərinə təminat verilməsi mexanizmi təqdim edilib
İpoteka və Kredit Zəmanət Fondunda (İKTZ) "İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat verilməsi mexanizmi” təqdim edilib.
Fonddan xəbər verilir ki, bu mexanizmin təqdimatına həsr olunmuş görüş keçirilib.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, ölkədə fəaliyyət göstərən investisiya şirkətləri və "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin təmsilçilərinin iştirak etdiyi görüşdə yeni mexanizmin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Bildirilib ki, qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına Fondun zəmanət verməsi onlar tərəfindən buraxılan və manatla ifadə olunan korporativ istiqrazların likvidliyini və cəlbediciliyini artıraraq, sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.
Mexanizmin tətbiqinin həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından da əhəmiyətli olduğu vurğulanıb.
Fərmana uyğun olaraq, sahibkarlara dəstək alətlərinin çeşidinin artırılması məqsədilə qiymətli kağızların emitenti olan sahibkarlara Fond tərəfindən təminatın və müvəkkil banklara portfel təminatının verilməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar hazırlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox