• $
  • £

Ceyhun Bayramov Xorvatiyada Ermənistanın təxribatları barədə danışıb

Ceyhun Bayramov Xorvatiyada Ermənistanın təxribatları barədə danışıb
05.09.2023 23:37
5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun (Institute for Development and International Relations –IRMO) təşkil etdiyi "Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

XİN-dən bildirilib ki, Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib.

Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat, logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.

Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta propaqandanın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə "blokada” və "çətin humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.

30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib.

Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev İran səfirliyinə gedib
Siyasət 13:15
İlham Əliyev İran səfirliyinə gedib
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol