Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA
2023-cü ilin avqustunda metro 138 milyon 447 min 320 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 7,85 % çoxdur. Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Bildirilir ki, bu ilin avqustunda Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib.
Məlumata görə, ötən ay gün ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib.
Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.
Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4 % az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 1,3 % çox sərnişin metrodan istifadə edib.
2022-ci ildə Bakmetropolitenin sərnişindaşımadan əldə etdiyi gəlir 60 milyon 749,9 min manat (artım 2,3 dəfə) təşkil edib. Ötən il metro nəqliyyatı ilə 208 milyon 696,1 min nəfər (artım 2,3 dəfə) daşınıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox