• $
  • £

Azərbaycanda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi artıb
06.09.2023 13:07
2023-cü ilin avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20 % artaraq 15 milyonu ötüb.  Bu barədə "Report"-a Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

O bildirib ki, bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb.
 
"Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 %-ə bərabər olub.
Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər 4 əməliyyatdan birinin "token" əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu isə Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir",- direktor bildirib.
 
2022-ci ildə Azərbaycanda nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O, həmçinin qeyd edib ki, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin xüsusi çəkisi 42%-i ötüb ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.

"Ümumilikdə, ölkə daxilində nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata yaxın olub", - Kazımov vurğulayıb.

Təmassız ödənişlərə gəlincə, Mərkəzi Bankın sədri qeyd edib ki, ödənişlərin sayı 3 dəfə, həcmi isə 2,1 dəfə artıb.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol