• $
  • £

Neft Fondu “Şahdəniz”dən gəlirlərini artırıb

Neft Fondu “Şahdəniz”dən gəlirlərini artırıb
06.09.2023 15:54
2023-cü ilin səkkiz ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağından 1 milyard 183 milyon ABŞ dolları həcmində gəlir əldə edib, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 3,05 % çoxdur. Bu barədə  Fonddan məlumat verilib.

Cari ilin yanvar-avqustunda Neft Fonduna daxil olan vəsaitlərin 259,554 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,013 milyon ABŞ dolları və ya 21 % azdır.

2023-cü il avqustun 1-də "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından 409 milyard kubmetr qaz hasil olunub.
 
Hesabat dövründə AÇG və "Şahdəniz”dən 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 milyon ton neft, "Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.

2023 cü il avqustun 1 -dən 618,4 milyon tonu ixraca nəql edilib.
 
İyulun əvvəlində Azərbaycan Neft Fondunun (ARDNF) hesabatında 2023-cü ilin yanvar-iyununda AÇG və "Şahdəniz" yatağndan hasil edilən mənfəət nefti və qazın satışından əldə etdiyi gəlir 4,35 milyard dollar təşkil edib. 

ARDNF-nin Azərbaycanın AÇG yataqlar blokundan əldə etdiyi mənfəət neftinin satışından əldə etdiyi gəlir 3 milyard 328 milyon dollar (31,3% azalma) təşkil edib.


15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.


"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%)
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol