Almaniya, İtaliya, İsveç və İspaniya yeni tankın yaradılması haqqında müqavilə imzalayıb

Almaniya İtaliya, İspaniya və İsveçlə "Leopard 2” tankının yeni nəslini hazırlamaqla bağlı müqavilələr imzalayıb.
Bu barədə "Handelsblatt” qəzeti məlumat yayıb.
Tankın hazırlanmasına "Krauss-Maffei Wegmann” (KMW) və "Rheinmetall” şirkətləri cavabdeh olacaq. Almaniya Müdafiə Nazirliyi müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib.
Qəzetin məlumatına görə, layihədə İsveçin "Saab” və İtaliyanın "Leonardo” şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 