• $
  • £

Türk Dövlətləri Təşkilatının birgə mərkəzləri yaradılır

Türk Dövlətləri Təşkilatının birgə mərkəzləri yaradılır
07.09.2023 14:09
Türk dövlətləri təşkilatına daxil olan ölkələrin ərazisində birgə mərkəzlər yaradılacaq. Bunu fövqəlada hallar naziri Kəmaləddin Heydərov deyib. 
 
O bildirib ki, bu mərkəzlər bu ölkələrdən hər hansı birində hadisə baş verərsə, birbaşa yardıma getmək üçün şərait yaradacaq.  
 
"Hər hansı bir üzv və müşahidəçi dövlətlərin ərazisində böyük bir hadisələr baş verəcəksə, anında o ölkələrin xilasediciləri və digər yardım qurumları orda iştirakını təmin edə biləcək bir sənəddir. Br neçə müddət sonra Qazaxıstanda zirvə toplantısı olacaq və həmin toplantıda bu məsələ artıq imzalanacaq. Ondan sonra artıq bu mərkəzlər təkcə bir yerdə deyil, bir neçə yerdə mərkəzlər olacaq. İdarəetmə mərkəzləri, proqnozlaşdırma mərkəzləri,qüvvələrin hərəkət istiqamətlərini müəyyən edəcək mərkəzlər və bunlar da üzv dövlətlərin ərazilərində yerləşəcək. Effekti ondan ibarət olacaq ki, hər hansı bir hadisə baş verdiyi anda heç bir şeyi gözləmədən bu ölkənin xilasediciləri əraziyə cəlb olunacaq", - nazir Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. 
 
Sentyabrın 7-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin görüşü keçirilib. 
 
Görüşdə İclasda Türk dövlətləri təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qırğızıstan fövqəladə hallar naziri Boobek Ajıkeev, Özbəkistan fövqəladə hallar naziri Abdulla Kuldaşev, Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov, Türkiyə daxili işlər naziri Əli Yerlikaya, Şimali kipr Türk Respublikası daxili işlər naziri Dursun Oğuz iştirak edib.
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı 2021-ci il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
 
Türk Dövlətləri Təşkilatına - Azərbaycan, Qazaxıstan, Qırxıstan,Özbəsitan və Türkiyə daxildir. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol