• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı 200 mini keçib

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı 200 mini keçib
07.09.2023 20:22
Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 2023-cü ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 204 461-ə çatıb.

Bu barədə "Welt” qəzeti Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Avqustda Almaniyada sığınacaq almaq üçün 27 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17% çoxdur. Beləliklə, səkkizinci ayda artıq 200 min nəfərlik hədd aşılıb.

Müraciət edənlərin əksəriyyəti Suriyadan (61,5 min nəfər - 2022-ci illə müqayisədə 81% çox), Əfqanıstandan (35,8 min nəfər, artım 81%) və Türkiyədən (28,7 min nəfər - artım 209%) olub. Almaniya tarixində sığınacaq axtaranların sayı yalnız 2015-2016-cı illərdə miqrasiya böhranının ən qızğın çağında və 1992-1993-cü illərdə Yuqoslaviya müharibəsi zamanı 2023-cü ildəki göstəricidən çox olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Dünya 17:31
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Putin İran və ABŞ arasında vasitəçi olacaq
Dünya 17:18
Putin İran və ABŞ arasında vasitəçi olacaq
İphone yeni emojilər alıb
Dünya 16:25
İphone yeni emojilər alıb
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Dünya 15:59
Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib
Serbiyada deputatlar dava ediblər
Dünya 15:35
Serbiyada deputatlar dava ediblər
Ermənistan Aİ-yə üzvlüklə bağlı qanunun müzakirəsini təxirə salır
Dünya 15:34
Ermənistan Aİ-yə üzvlüklə bağlı qanunun müzakirəsini təxirə salır
Aİ Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır
Dünya 14:39
Aİ Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Dünya 13:05
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Bitcoinin qiyməti düşdü
Dünya 09:57
Bitcoinin qiyməti düşdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol