• $
  • £

Türkiyənin 2028-ci ilə qədər qaz ötürmə qabiliyyəti 150 milyard kubmetr olacaq

Türkiyənin 2028-ci ilə qədər qaz ötürmə qabiliyyəti 150 milyard kubmetr olacaq
07.09.2023 21:48
Qara dənizdə qaz qovşağının tikintisi və hasilatı nəzərə almaqla, Türkiyənin infrastrukturu 2028-ci ilə qədər ildə 150 milyard kubmetr təbii qaz ötürmə qabiliyyəti əldə edəcək.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"2028-ci ilə qədər Türkiyənin illik ötürücülük qabiliyyəti 150 milyard kubmetr qaz olacaq. Bu, təbii qaz infrastrukturuna investisiyalar və Türkiyənin Qara dənizdə tam həcmdə qaz hasilatına başlaması ilə birlikdə baş verəcək”, - "Star” qəzeti nazirdən sitat gətirib.

Alparslan Bayraktar bu fikri ölkənin Avropa hissəsində Trakya bölgəsində qaz qovşağının tikintisi perspektivlərini şərh edərkən bildirib. O, Trakyadan danışarkən söhbətin daha çox qaz ticarətinin fiziki mərkəzindən getdiyini vurğulayıb. Eyni zamanda, İstanbulda, Ataşehir biznes bölgəsində qazla yanaşı, enerji ehtiyatları, filiz, metalların ticarəti üçün birjanın yaradılması da nəzərdə tutulur.
A.Bayraktar xatırladıb ki, daha əvvəl Türkiyə Macarıstan və Bolqarıstanla qaz tədarükü ilə bağlı müqavilələr imzalayıb və tezliklə hökumət başqa bir müqaviləni elan edəcək. O, həmçinin İranın qaz və neft tədarükü sahəsində Türkiyə ilə daha fəal işləyə biləcəyini vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol