Rusiya taxılının Afrikaya göndərilməsi planlaşdırılır - Sabah qəzeti

Ehtiyacı olan Afrika ölkələrinə tədarük edilməsi nəzərdə tutulan Rusiya taxılının Tuapse və Novorossiysk limanlarına yüklənmiş 40 gəmi ilə ixracı planlaşdırılır. Bu barədə "Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet deyir ki, cədvəl yaxın günlərdə dəqiqləşdirilməlidir.
"Rusiyadan tədarük olunan taxılın 25 min ton yükgötürmə qabiliyyəti olan gəmilərlə daşınması planlaşdırılır. Gəmilər Tuapse və Novorossiysk limanlarında taxıl yükləyə biləcəklər, cədvəl yaxın günlərdə dəqiqləşdiriləcək”, - nəşr qeyd edir.
Gəmilər Türkiyəyə çatdıqdan sonra taxıl özəl sektora məxsus un dəyirmanlarında emal olunacaq.
İlk mərhələdə unun Mali , Somali , Zimbabve , Burkina Faso , Eritreya və Mərkəzi Afrika Respublikasına göndəriləcəyi deyilir.
"Un emalı gücü olmayan ölkələrə üstünlük veriləcək. Unun göndərilməsi planlaşdırılan ölkələr arasında Liviya , Cibuti , Çad , Efiopiya və Yəmən də var ”, - nəşr yazır.
Bundan əvvəl TASS agentliyi bildirmişdi ki , Ankara G20 sammiti və BMT Baş Assambleyası ərəfəsində xarici tərəfdaşlar və taxıl sazişində maraqlı olan dövlətlərlə əlaqələri aktivləşdirib.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 