• $
  • £

Azercell-in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri işə başlayır

Azercell-in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri işə başlayır
11.09.2023 15:54
"Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlıqda həyata keçirdiyi "İdeya İnkubasiyası Proqramı”nın seçim mərhələsi bitib. Proqram sayəsində innovativ ideyalarını inkişaf etdirərək növbəti səviyyəyə qaldırmaq, startap qurmaq istəyi olan 20 komanda qeydiyyatdan keçib.

"İdeya İnkubasiyası Proqramı” çərçivəsində tələbələr mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak edib, peşəkar mentorlarla seçilmiş mövzular üzərində işə başlayacaqlar. Mentorlar sırasında Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov da yer alıblar. Sessiyalar "Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, "Təhsil və idman sahəsində texnoloji həllər”, "Data Science sahəsinin telekom sektorunda rolu və təsiri”, "Azərbaycan dili üçün qrafem-fonem modelinin yaradılması”, "Müştəri itkisinin aşkarlanması” və s. kimi mövzuları əhatə edəcək. Komandaların xüsusi mentorlarla təmin olunması onların təcrübələrini və ideyalarını real məhsullara, hətta müəssisələrə çevirmək şanslarını xeyli artıracaq.

"Azercell Telekom”la əməkdaşlığı universitet-özəl sektor əlaqələrində nümunə kimi dəyərləndirən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev "bu əməkdaşlığın tələbələrin elmi inkişafına xidmət etdiyi, özəl sektorun isə bu birgə fəaliyyət vasitəsilə rəqabətədavamlı gənclərlə peşəkar əlaqələr qurduğu, insan resursları bazasını gücləndirdiyi” qənaətindədir.

Proqramın sonunda qalib komandalar pul mükafatı qazanacaq, Azercell şirkətində təcrübə proqramı keçmək şansı əldə edəcəklər.

Azercell ölkənin startap ekosisteminin inkişafı istiqamətində gənc istedadları dəstəkləyir, onlara sahibkar kimi uğur qazanmaq üçün geniş imkanlar təklif edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol