• $
  • £

Bankların istehlak kreditlərinə olan tələbinin artacağı gözləyir

Bankların istehlak kreditlərinə olan tələbinin artacağı gözləyir
11.09.2023 16:09
2023-cü ilin  III rübündə Azərbaycan bankları istehlak kreditlərinə olan tələbin 13 % artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 %, kartlarla kreditə olan tələbin 17 %, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 %, məişət kreditlərinə tələbin isə 8 % artacağı proqnozlaşdırılır.

Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 % artıb.

Həmçinin avto kreditlərə olan tələb 4 %, kartlarla kreditə olan tələb 8 %, əməkhaqqı ilə kreditlərə tələb 8 %, məişət kreditlərinə tələb isə 10 % artıb.
 
2022-ci ildə Azərbaycanda kredit portfeli 17.6% (2.9 milyard manat) artaraq 19.6 milyard manat təşkil edib.
 
İl ərzində ipoteka portfeli isə 24.3% (584 milyard manat) artaraq 3 mlrd. manata çatıb. Dövr ərzində istehlak kreditləri portfeli isə 27.3% (1.2 milyard manat) artaraq 5.8 milyard manat təşkil edib.
 
Ötən il  qeyri-işlək portfelin həcmi 1.8% azalaraq 0.7 milyard olub. Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0.7 f.b. azalaraq 3.8% təşkil edib.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol