• $
  • £

Ayxan Hacızadə - Hər iki yoldan istifadə razılıq verilib

Ayxan Hacızadə - Hər iki yoldan istifadə razılıq verilib
12.09.2023 11:43
Azərbaycan hər iki yoldan (red- Laçın və Ağdam yolu) Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə eyni zamanda istifadəsinə razılıb verib. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. 
 
XİN rəsmisi vurğulayıb ki, bu razılığın həyata keçirilməsində Ermənistan tərəfi mane olur. 
 
"Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk. Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır", - Hacızadə jurnalistlərin suallarına cavab verərkən bildirib. 
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür. 
 
Bundan əvvəl, Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev mətbuata açıqlama verərək bildirib ki,  Rusiya humanitar yardımının Dağlıq Qarabağa keçirilməsinə dair sazişin Laçın dəhlizinin və Ağdam-Xankəndi yolunun açılması məsələsinə heç bir aidiyyatı yoxdur. 
 
Azərbaycan tərəfi dəfələrlə Ağdamdan gedən magistral yol boyu rayonun erməni əhalisinin lazım olan hər şeylə təmin olunmasına hazır olduğunu bəyan edib. Artıq iki həftədir ki, orada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı kimi 40 ton un olan iki yük maşını saxlanılır.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol