• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

2024-cü il üçün ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü il üçün  ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
13.09.2023 10:06
2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 10 min barel azdır. Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunda deyib.
 
Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 630 min barel təşkil edəcək (əvvəlki proqnoz - 640 min barel).
Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.
 
 OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir. Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.


Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.

Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.


"2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,8 milyon barel olacağı gözlənilir. Bu rəqəm ötən ayla müqayisədə demək olar ki, dəyişməyib”, - hesabatda qeyd edilib.

2021-ci ildə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel idi. 2020-ci ildə 700 min barel səviyyəsində olub. 2019-cu ildə isə 780 min barel təşkil edirdi.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
İqtisadiyyat 14:28
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
İqtisadiyyat 12:34
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol