• $
  • £

“Azəristiliktəchizat”ın yığılmış zərəri açıqlanıb

“Azəristiliktəchizat”ın yığılmış zərəri açıqlanıb
13.09.2023 10:58
Öyən il "Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri 108,4 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilı nisbətdə 8,3% və ya 8,3 milyon manat çoxdur.  Bu barədə dövlət şirkətinin konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.

"Azəristiliktəchizat" mənfəət və zərər hesabatını dərc etməsə də, yığılmış zərərin artım həcmi onu deməyə əsas verir ki, dövlət şirkəti ötən ili eyni həcmdə, yəni 8,3 milyon manat xalis zərərlə başa vurub. Bu isə şirkətin cəmi kapitalını 91,9 milyon manatdan 83,9 milyon manata qədər azaldıb.

2021-ci illə müqayisədə 2022-ci ildə "Azəristiliktəchizat”ın cəmi aktivləri isə 2% artaraq 151,9 milyon manata yüksəlib. 2021-ci ilin sonunda bu rəqəm 148,8 milyon manata bərabər olub.

Hesabat dövründə, ASC-nin debitor borcları isə 20,4% və ya 1,75 milyon manat artaraq 10,6 milyon manata yüksəlib.

2022-ci ildə "Azəristiliktəchizat” QSC istilik enerjisinin satışından 13 milyon 252,5 min manat gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 0,5% azdır. 
 
2022-ci ilin sonuna "Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərən qazanxanaların sayı 1202 olub (2021-ci ilin sonuna olan göstəricidən 0,4% çoxdur). Qazanxanaların ümumi gücü 2729,1 Qkal/saat təşkil edir. Eyni zamanda, təbii qazla işləyən qazanxanaların sayı 1142, maye qazla işləyən qazanxanaların sayı 60-dır.

"Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol